Çin bankları böhran astanasındadır | Banco.az

Çin bankları böhran astanasındadır

Çinin bank sektorunda likvidlik səviyyəsinin kəskin azalması səbəbindən Çin Xalq Bankı (Mərkəzi Bank) banklararası kredit bazarında defolt elan edən kiçik bankları xilas etməyə başlayıb. Çin banklarının əsas maliyyə mənbəyi olan depozit sertifikatlarının faizi bank sektorunda likvidliyin azalması səbəbindən yüksəlişə keçib.

Almaniyanın "Deutsche Bank"ı Çin bank sistemini xarakterizə etmək üçün kreditlərin depozitlərə nisbəti əmsalından istifadə etməyi məsləhət görür. Bu əmsal Çində son 5 ildə 27 faiz bəndi artaraq 2017-cı ilin fevral ayına 116% təşkil edib ki, maliyyə nəzəriyyəsinə əsasən, əmsal 80%-ə yaxın olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bank sektorunda böhran riski 2017-ci ildə çox aşağı qiymətləndirilir. Çin Xalq Bankı likvidliyə nəzarət etmək üçün bütün imkanlardan istifadə edəcək. Belə ki, maliyyə müəssisələrinin 90%-i hökumət tərəfindən birbaşa və ya dolayı yolla nəzarət edilir. Amma bank sektoruna artıq likvidliyin verilməsi böhran halında vəziyyəti daha da çətinləşdirəcək. Hazırda Çinin maliyyə sistemi üçün əsas problemlər aktivlərin kəskin artması, kapital axını və uzunmüddətli perspektivdə gəlirliliyin aşağı olmasıdır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et