Çin Azərbaycan vətəndaşlarını vizadan azad etdi | Banco.az

Çin Azərbaycan vətəndaşlarını vizadan azad etdi

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.

Bununla bağlı aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Mərasimdə “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.