Müəllif - Aida İsaq, Banco.az
Rusiyada ən bahalı avtomobillərin adları açıqlanıb.
Banco.az xəbər verir ki, Rusiyada son bir ildə “Chery” və “Geely” avtomobilləri ən çox bahalaşan model olub. Bu markaların bəzi modellərinin qiymətləri 43 faizdən 73,4 faizə qədər artıb. Buraya “Chery Tiggo 7 Pro”, “Geely Atlas Pro”, “Geely Tugella” və “Geely Coolray” modelləri daxildir. Siyahıda “Chery Tiggo 8 Pro Max" avtomobili lider olub. Modelin dəyəri il ərzində 1,6 milyon rubl artıb.
Yerli “Lada” markası təxminən 11-24 faiz bahalaşıb. Mütəxəssislər adı çəkilən modeli 2022-ci ilin ən ucuz avtomobili adlandırıblar. Belə ki, modelin qiyməti illik müqayisədə 10,9 faiz artaraq 1,08 milyon rubla çatıb.
Mütəxəssislər yaxın aylarda əhali arasında məşhur olmayan Çin avtomobillərinin endirimlə satılacağını proqnozlaşdırıb. Bununla yanaşı, 2023-cü ilin yeni modellərinin qiymətləri birinci rübün sonuna qədər 10-12 faiz bahalaşa bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!