Çin hazırda Apple-in ABŞ-dan sonra ikinci ən böyük bazarıdır. Apple şirkətinin gündəlik qazanc hesabatına əsasən (earnings report) Çin 16.8 milyad dollarlıq satışla Avropanı üstələyib. Avropa isə Apple məhsulları üzrə 12.2 milyard dollar həcmində satış həyata keçirib. Birləşmiş Ştatlar isə 21.3$ satışla şirkətin lider satış bazarı rolunu qoruyub saxlayır.
Son rüb ərzində, Apple özünün Çindəki gəlirini 2 dəfədən çox artırıb. Araşdırmalar göstərir ki, Çində alıcıların 70%-dən çoxu apple məhsullarını ilk dəfə olaraq alıblar.