Çin artım hədəfini açıqlayıb | Banco.az

Çin artım hədəfini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Baş naziri Li Keqiang bu il ölkə iqtisadiyyatının böyümə hədəfinin 5 % ətrafında olacağını açıqlayıb.

Banco.az xəbər verir ki, martın 5-də paytaxt Pekində Çinin ali qanunverici orqanı olan Milli Xalq Assambleyasının illik iclası işə başlayıb.

Baş nazir Li Keqiang iclasın açılışında təqdim etdiyi Hökumət İş Hesabatında Çin iqtisadiyyatının bu ilki artım hədəfinin 5 faiz səviyyələrində olacağını bəyan edib.

Hesabatda 2023-cü ildə şəhər və qəsəbələrdə 12 milyon yeni iş yerinin yaradılması və qeydə alınmış işsizlik səviyyəsinin 5,5 faizə endirilməsi hədəfi də açıqlanıb.

Li Keqiang həmçinin İstehlak Qiymətləri İndeksini (CPI) 3 faiz səviyyəsində saxlamaq və xalqın gəlir artımının iqtisadi artımla eyni səviyyədə olması üçün çalışacaqlarını da bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ekspertlər 5 faizlik artım hədəfini ağlabatan və əlçatan kimi qiymətləndiriblər. 

Xatırladaq ki, 2022-ci ildə bir çox gözlənilməz amillərin təsiri altında Çin iqtisadiyyatı 3 faiz artım göstərmişdi. İlin əvvəlindən bər isə ölkə iqtisadiyyatında güclü canlanma nümayiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et