Çin Amerikalı çip istehsalçısının məhsullarına qadağa qoyub | Banco.az

Çin Amerikalı çip istehsalçısının məhsullarına qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ABŞ-ın çip istehsalçısı “Micron” şirkətinin məhsullarını qadağan edib.

Banco.az xəbər verir ki, Çin ABŞ-ın çip istehsalçısı “Micron Technology”nin məhsullarının "ciddi şəbəkə təhlükəsizliyi riskləri" yaratdığını əsas gətirərək ölkənin əsas infrastruktur operatorlarının şirkətdən tədarük həyata keçirməsinə qadağa qoyacaq.

Bu barədə bazar günü Çin Kiberməkan Administrasiyası (CAC) bəyanat yayıb.

“”Micron” şirkətinin məhsulları Çinin kritik təchizat zəncirinin məlumat infrastrukturu üçün əhəmiyyətli təhlükəsizlik riskləri yaradır və ölkənin milli təhlükəsizliyinə təsir edən ciddi şəbəkə təhlükəsizliyi riskləri daşıyır”, bəyanatda qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən bəyanatdan sonra Çin çip istehsalçılarının səhmləri kütləvi şəkildə bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et