ABŞ Prezidenti Donald Tramp, ticarət razılaşmasına dair işlərin yaxşı getdiyini qeyd edərək, Çinin söz verdiyi kənd təsərrüfatı məhsulları alışları reallaşdırmağa başladığını söyləyib.
Donald Tramp, Çin ilə ticarət razılaşması danışıqlarının birinci mərhələsində müzakirələrin irəlilədiyini ifadə edərək, gələn ay Çilidə bir razılaşma imzalanacağına dair gözləntiləri gücləndirib.
Tramp Bazar ertəsi günü Ağ Evdə etdiyi açıqlamada, Çinin söz verdiyi kənd təsərrüfatı məhsullarının idxalına işarə edərək, "Alışlar başladı" deyib və "daha çoxunu" istədiyini sözlərinə əlavə edib.
ABŞ-lı rəsmilər, Çinin ABŞ-dan alışlarını əhəmiyyətli artıracağını və maliyyə xidmətləri, məzənnə, əqli və sənaye mülkiyyət hüquqlarına dair mövzularda razılaşdıqlarını bildirmişdilər. Bunun qarşılığında ABŞ Milad alış-verişi mövsümü əvvəlində, Oktyabrda qüvvəyə minəcək əlavə gömrük vergilərini təxirə salacaq.
Marja