Müəllif:Ayşən İmanova/Banco.az
Çin ABŞ-dən gələn kömür, mayeləşdirilmiş təbii qaz (LNG), neft və kənd təsərrüfatı avadanlıqlarına cavab rüsumları tətbiq etmək qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurası yanında Tarif və Təsnifat Komitəsi məlumat yayıb.
Bəyanatda ABŞ-nin kömür və LNG-yə 15%, xam neft, kənd təsərrüfatı maşınları, irihəcmli avtomobillər və yük maşınlarına isə 10% əlavə tariflər tətbiq ediləcəyi bildirilib.
Xatırladaq ki, fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara rüsumların tətbiqi haqqında fərman imzalayıb. Bu gün Çinin ABŞ-yə ixrac etdiyi bütün məhsullara 10%-lik yeni tarif qüvvəyə minib.