Çin ABŞ-nin 7 hərbi-sənaye şirkətinə qarşı sanksiyalar tətbiq edib | Banco.az

Çin ABŞ-nin 7 hərbi-sənaye şirkətinə qarşı sanksiyalar tətbiq edib

Müəllif:Ayşən İmanova/Banco.az

Çin Tayvan adasına silah tədarük etdiyinə görə ABŞ-nin 7 hərbi-sənaye şirkəti və onların rəhbərliklərinə qarşı sanksiyalar tətbiq edib.

Banco.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bu tədbirlər dekabrın 27-də qüvvəyə minir və “Insitu”, “Hudson Technologies”, “Saronic Technologies”, “Raytheon Canada”, “Raytheon Australia”, “Aerkomm” və “Oceaneering International” şirkətlərinə qarşı yönəlib. Sanksiyalar ABŞ-nin müvafiq şirkətlərini və fiziki şəxslərinin Çindəki daşınmaz və digər növ əmlakının dondurulmasını nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Çin təşkilatları və fiziki şəxslərinə sanksiyalara məruz qalmış həmin təşkilat və fiziki şəxslərlə hər hansı əməliyyat, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin digər formalarını həyata keçirmək qadağan edilir.

Qeyd olunub ki, ABŞ-nin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsi "Çin Xalq Respublikasına aid olan və "Vahid Çin" prinsipini ciddi şəkildə pozan bir sıra mənfi müddəaları ehtiva edir".