Çin ABŞ-ın lider mövqeyini zəiflətməyə çalışır | Banco.az

Çin ABŞ-ın lider mövqeyini zəiflətməyə çalışır

Müəllif - Aida İsaq, Banco.az

ABŞ dollarının mövqeyinin zəifləməsində Çin birbaşa əsas təsiredici qüvvə rolunu oynayır.

Banco.az xəbər verir ki, bunu ABŞ-ın silahlara nəzarət üzrə keçmiş xüsusi nümayəndəsi Marşall Billinqsli bildirib. Onun sözlərinə görə, Rusiya, Çin və Braziliya dolların dünyanın ehtiyat valyutası rolunu zəiflətməyə çalışır. Ekspert ölkələrin ABŞ-ı dünyada lider mövqeyindən uzaqlaşdırmaq istədiklərini qeyd edib.

Bundan başqa, o, Çini daha böyük təhlükə mənbəyi hesab edir. Çünki hazırda Pekin Rusiyaya qoyulan məhdudiyyətlərlə bağlı vəziyyətdən dərs alaraq iqtisadiyyatını mümkün sanksiyalardan qorumaq üçün fəal addımlar atır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram