Çin ABŞ-ın bu brendlərini etibarsız şirkətlər siyahısına daxil edib | Banco.az

Çin ABŞ-ın bu brendlərini etibarsız şirkətlər siyahısına daxil edib

Müəllif - Aida İsaq, Banco.az

Çin Amerikanın "Raytheon" və "Lockheed Martin" şirkətlərini etibarsız şirkətlər siyahısına salıb. 

Banco.az xəbər verir ki, müvafiq qərar adı çəkilən şirkətlərin Tayvana silah satması fonunda milli suverenlik, təhlükəsizlik və inkişaf maraqlarını qorumaq məqsədilə qəbul edilib. Etibarsız şirkətlər siyahısına daxil olmaq müəssisələrin Çinlə idxal-ixrac fəaliyyətinə, eləcə də Çinə investisiya qoyuluşuna qadağanı özündə ehtiva edir. Eyni zamanda şirkət rəhbərlərinin Çinə girişi qadağan edilir. 

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et