Tamara Mustafayeva, Banco.az
Axırıncı 40 ilin inkişafda olan iqtisadiyyatı Çin ötən il ABŞ-ı geridə qoyaraq Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı olub.
2020-ci ildə yaşanılan hadisələr dünyada tarazlığı dəyişdirməyə davam edir. İndi də iqtisadiyyat sferasından təqribən 50 illik münasibəti başa çatdıran bir xəbər var.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən il Çin Xalq Respublikası Amerika Birləşmiş Ştatlarını geridə qoyaraq Avropa İttifaqının əsas ticarət tərəfdaşına çevrilib. Belə ki, 2020-ci ildə Çin və Aİ arasındakı əməkdaşlıq artmış, ABŞ-Aİ ticarət həcmi isə əvvəlki ilə nəzərən geriləmişdir. Bununla da, 50 ildən çoxdur ki, Aİ-nin ən böyük ticarət tərəfdaşı olan ABŞ yerini Çinə verməli olub.
Göstəricilərə görə, ötən il Çin Avropa İttifaqına 383 milyard avro dəyərində mal satmış, ABŞ ölkələrindən isə 202 milyard avroluq ixracat həyata keçirmişdir. ABŞ isə Avropa İttifaqından 353 milyard avroluq idxal, ölkədən isə 202 milyard avro dəyərində ixrac etmişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!