Çin ABŞ-ı geridə qoyacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çin ABŞ-ı geridə qoyacaq

2014-cü ildə dünya iqtisadiyyatında mühüm dəyişiklik olacaq. Bu barədə "Washington Post" qəzetində məlumat verilib.

Dünya Bankının təqdim etdiyi yeni göstəricilərə əsasən, iqtisadçılar belə bir nəticəyə gəlmişlər, 2014-cü ildə Çin öz Ümumi Daxili Məhsulunun həcminə görə ABŞ-ı ötəcək. Çinin daxili məhsulu bu il 16 trilyon 800 milyard dollar olmalıdır. ABŞ-da isə bu rəqəm 16 trilyon 100 milyard dollara çatır.

Ancaq bu, Çini ABŞ-dan varlı ölkə etməyəcək.

Adambaşına düşən daxili məhsul ABŞ-da Çindən 5 dəfə yuxarıdır. ABŞ-da adambaşına 50 min dollar daxili məhsul düşür. Çində isə bu rəqəm 10 min dollar təşkil edir.

Mənbə: anspress.com