Çin ABŞ-ı danışıqlara çağırır | Banco.az

Çin ABŞ-ı danışıqlara çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ABŞ-ı danışıqlara çağırır.

Banco.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bu gün keçirilən mətbuat konfransında ABŞ-ın başladığı ticarət müharibəsinə qarşı Çinin mövqeyinin aydın olduğunu bir daha vurğulayaraq, Çinin müharibə istəmədiyini, lakin müharibədən də qorxmadığını bildirib.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi açıqlamada, Çinə tətbiq olunan əlavə gömrük vergisinin 145 faiz səviyyəsində olmasının həqiqətən çox yüksək olduğunu, əgər razılıq əldə olunarsa, bu nisbətin böyük ölçüdə azaldılacağını, lakin sıfıra endirilməyəcəyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Trampın bu açıqlamasına cavab olaraq bildirib:

“Əgər ABŞ problemi həqiqətən dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, Çinə qarşı təhdid və şantajdan imtina etməli, bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında dialoqa başlamalıdır.”

Guo həmçinin vurğulayıb ki, ABŞ bir tərəfdən Çinlə razılığa gəlməyə hazır olduğunu bildirir, digər tərəfdən isə Çinə təzyiq göstərməyə davam edir və bu, düzgün yanaşma deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram