Çin 47,5 milyard dollarlıq çip fondu təsis edib | Banco.az

Çin 47,5 milyard dollarlıq çip fondu təsis edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin yarımkeçirici sənayesini dəstəkləmək üçün ölkənin ən böyük yarımkeçirici investisiya fondunu yaradıb.

Banco.az xəbər verir ki, rəsmi şirkət qeydiyyatı məlumatlarının yer aldığı virtual platforma olan "Tianyancha"a görə, "Milli İnteqrasiya edilmiş Dövrə Sənayesi" İnvestisiya Fondunun üçüncü mərhələsi mərkəzi hökumətdən və müxtəlif dövlət bankları və müəssisələrindən, o cümlədən Çin Sənaye və Kommersiya Bankından 344 milyard yuan (47,5 milyard dollar) vəsait cəlb edib. Fond mayın 24-də təsis edilib.

Qeyd edək ki, sözügedən investisiya Çinin Si Cinpin hökumətinin ABŞ ilə gərginlik artdıqca öz yarımkeçirici sənayesini yaratmaq səylərini ortaya qoyur.

Belə ki, ABŞ-ın Bayden hökuməti Çinin texnoloji inkişafını yavaşlatmaq üçün bu ölkənin qabaqcıl çip idxalına məhdudiyyətlər qoyur, eyni zamanda Niderland, Almaniya, Yaponiya və Cənubi Koreyadan Çinə qarşı ixrac nəzarətini artırmasını istəyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et