Çin 46 ildən sonra ilk dəfə pensiya yaşını artırıb | Banco.az

Çin 46 ildən sonra ilk dəfə pensiya yaşını artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində pensiya yaşı 1978-ci ildən bəri ilk dəfə artırılıb.

Banco.az xəbər verir ki, rəsmi “Sinxua” xəbər agentliyi cümə günü ölkənin yüksək səviyyəli qanunvericilərinin pensiya yaşının tədricən artırılması planını təsdiqlədiyini bildirib.

Buna uyğun olaraq Çində yaxın 15 ildə kişilər üçün pensiya yaşı 60-dan 63-ə, qadınların pensiya yaşı isə 58-ə qaldırılacaq.

Dəyişikliyin 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Bu addım işçi qüvvəsinin azalmasını yavaşlatmaq və iqtisadiyyatı dəstəkləmək üçün planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çinin pensiya yaşı, gözlənilən ömür uzunluğunun əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, dünyada ən aşağı yaşlardan biridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram