Cihad Azur: "İqtisadi artımı bütün təbəqələr hiss etməlidir" | Banco.az

Cihad Azur: "İqtisadi artımı bütün təbəqələr hiss etməlidir"

"Azərbaycan coğrafi mövqeyi sayəsində bir çox sahələri inkişaf etdirə bilər".

Bunu jurnalistlərə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib: "2014-2015-ci illərdə baş verən qlobal iqtisadi sarsıntılar bir çox ölkələrdə təsir edib".

C.Azur hesab edir ki, yaranmış vəziyyətdən çıxmaq üçün əlavə xərclərə yol verilməməli, tədiyyə balansının kəsirlə bitməməsinə çalışılmalıdır: "Bu vaxta qədər çox yaşı addımlar atılıb, bundan sonra da bu addımları davam etdirmək lazımdır".

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda IMF rəsmisi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesinin sürətləndirilməsini vacib sayır.

Onun fikrincə, ölkədəki iqtisadi artım prosesini isə əhalinin bütün təbəqələri hiss etməlidir: "Çünki aşağı təbəqələr artıma mənfi təsir edir".

Bununla yanaşı C.Azur bildirib ki, hazırda dünya bazarında neft qiymətləri 50-55 dollar/barel dəhlizində dəyişir: "Düşünürük ki, növbəti iki ildə də qiymətlər bu civarda qalacaq".

Mənbə: Report.az