China Mobile-in 5G smartfonunu istehsal etmək istəyi alınmadı | Banco.az

China Mobile-in 5G smartfonunu istehsal etmək istəyi alınmadı

Ötən ay “China Mobile” şirkəti, 5G dəstəyi ilə çox ucuz smartfon buraxacağını söyləmişdi.

Onun qiymətinin ilkin mərhələdə təxminən 280 dollar, gələcəkdə isə 100 dollardan daha ucuz olacağı proqnozlaşdırılırdı.

Bu gün isə “China Mobile” təmsilçiləri jurnalistlərlə görüşdə şirkətin ilk 5G smartfonunu təqdim etdi və məlum oldu ki, onun qiyməti vəd edildiyindən daha bahadır.

Şirkətin 5G smartfonu, “Snapdragon 855” prosessorlu və 6,47 düym diaqonallı “AMOLED” ekrana malik “Forerunner X1” oldu. “Forerunner X1”in avqustda istehsal ediləcəyinə söz verilib, onun qiyməti isə təxminən, 735 dollar təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, hələlik 5G-ni dəstəkləyən ucuz prosessor yoxdur, buna görə, 5G smartfonunu 280 dollar satış qiymətində gözləməyə dəyməz.

Daha əvvəl “MediaTek Inc” 2019-cu ilin sonuna qədər 5G dəstəyi ilə, ucuz bir prosessor istehsal etməyi vəd etmişdi.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç