“Chery” ilk insanabənzər robotunu təqdim etdi | Banco.az

“Chery” ilk insanabənzər robotunu təqdim etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin avtomobil istehsalçısı “Chery”, “Aimoga” mühəndisləri ilə birlikdə şirkətin mağazalarında satış məsləhətçisi kimi çalışacaq “Mornine” adlı ilk insanabənzər robotunu təqdim edib.

Banco.az xəbər verir ki, robotun əsas xüsusiyyətlərindən biri onun insana bənzəyən real görünüşü olub. “Mornine” silikon biomimetrik materialdan hazırlanmış və emosiyaları ötürə bilən "üzə" sahibdir. Qurğu iki ayaq üzərində hərəkət edir və Atlas hidravlik sistemi ilə işləyən akkumulyatorla təchiz edilib.

Süni intellekt sayəsində robot danışa, insan nitqini başa düşə, şifahi və ya yazılı əmrləri dəqiq şərh edə və onları konkret fəaliyyət strategiyalarına çevirə bilir.

Qeyd edək ki, uğurlu sınaqlardan sonra “Chery” insanabənzər robotu kommersiya bazarına çıxarmaq niyyətindədir. İstehsalçı hesab edir ki, robot müəllim, təmizlikçi və ya evdar qadın funksiyalarını yerinə yetirə biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et