"ChatGPT"nin sahibi Yaponiya investisiya planını açıqlayıb | Banco.az

"ChatGPT"nin sahibi Yaponiya investisiya planını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OpenAI” CEO-su Yaponiya investisiya planını təqdim edib.

Banco.az xəbər verir ki, “OpenAI”nin həmtəsisçisi və baş direktoru, məşhur süni intellekt çatbotu “ChatGPT”nin sahibi Sam Altman baş nazir Fumio Kişida ilə görüşdən sonra təşkilatın Yaponiya ofisini açmağı və yapon dili xidmətlərini genişləndirməyi nəzərdən keçirdiyini açıqlayıb.

Noyabr ayında “ChatGPT” təqdim edildikdən sonra sürətlə yayılan süni intellekt texnologiyaları sayəsində şöhrət qazanan “OpenAI” Yaponiyada investisiyalarını genişləndirməyi planlaşdırır.

“ChatGPT”nin yayılması ilə dünyanın qabaqcıl texnologiya şirkətləri süni intellekt texnologiyasında geri qalmamaq üçün böyük sərmayələr həyata keçirməyə başlayıblar. Belə ki, “Microsoft” şirkətə 10 milyard dollar sərmayə qoymaqla bu texnologiyanı Bing axtarış sisteminə inteqrasiya edərkən, dünyanın aparıcı axtarış xidməti olan “Google” da öz AI inteqrasiyaları ilə hərəkətə keçib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et