Müəllif: Tamara Mustafayeva, Banco.az
“ChatGPT” və “Sora”da texniki problemlər yaranıb.
Banco.az xəbər verir ki, “OpenAI”nin bütün dünyada geniş istifadə edilən süni intellektli çatbotu “ChatGPT” və video platforması “Sora” bu ay ikinci dəfə dörd saatdan çox qlobal giriş problemi ilə üzləşib.
“OpenAI”nin qlobal giriş problemi ilə bağlı verdiyi açıqlamada problem təsdiqlənib və bunun yuxarı axın təminatçısından qaynaqlandığı və xidmətlərin qismən təkmilləşdirildiyi bildirilib.
Qeyd edək ki, “ChatGPT”, “Sora” və “OpenAI”nin tərtibatçılar üçün API-si cümə axşamı dörd saatdan çox işləmirdi.
“OpenAI” “ChatGPT”nin qismən bərpa edildiyini, lakin istifadəçilərin hələ də söhbət tarixçələrini yükləməkdə problemlə üzləşə biləcəyini söyləyib. Bu, dekabr ayı ərzində sistemdə yaranan ikinci problemdir. Digər problem isə 6 saat davam etmişdi ki, bu da olduqca uzun müddət hesab edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!