Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay ChatGPT 90,78% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub.
Banco.az "statcounter"ə istinadən xəbər verir ki, ötən ilin noyabr ayında ChatGPT-nin payı 94,07% təşkil edib.
Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (4,24%), Perplexity (2,88%), Claude (0,4%) Microsoft Copilot (1,7%).
Qeyd edək ki, dekabrda qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (79,74%) olub. Onun ən yaxın rəqibi Perplexity-nin payı isə 10,83% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
