Ceyhan Terminalında tankerlərin yüklənməsi davam edir | Banco.az

Ceyhan Terminalında tankerlərin yüklənməsi davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ceyhanın Aralıq dənizi terminalında Azərbaycan xam neftinin tankerlərə yüklənməsi bərpa olunub.

Banco.az xəbər verir ki, bu barədə “BP Plc” şirkətinin mətbuat katibi Tamam Bayatlı məlumat yayıb.

O, yükləmənin bazar günü günortadan sonra bərpa olunduğunu söyləyib.

Xatırladaq ki, “BP” şirkəti potensial zərərin qiymətləndirilməsi çərçivəsində zəlzələlərin episentrindən çox da uzaq yerləşməyən terminal vasitəsilə Azərbaycanın neft ixracı ilə bağlı fors-major vəziyyəti elan etmişdi. İngiltərənin neft nəhəngi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini idarə edir və bu kəmər vasitəsilə əsasən Azərbaycan xam nefti Ceyhana nəql edilir və oradan tankerlərə yüklənir. Kəmər həm də Türkmənistan və Qazaxıstana neft daşıyır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram