Çexiyada toplam götürdükdə 45 yerli və əncəbi bank fəaliyyət göstərir (Azərbaycanda fərqli olaraq, burada xarici bankların sadəcə törəmə müəssisələri deyil, həm də filialları fəaliyyət göstərə bilər). Lakin bu banklardan təxminən 20-si müştərilər ilə daha sıx əlaqədə olur.
Onları şərti olaraq, 3 kateqoriyaya bölmək olar: böyük, orta və kiçik banklar. Birincilərə ČSOB, Česká spořitelna, Komerční banka, ikincilərə isə UniCredit, Raiffeisenbank, GE Money Bank banklarını aid etmək olar. Qalan bankları isə kiçik banklar qrupunda birləşdirmək olar. Demək olar ki, bütün çex bankları beynəlxalq bank strukturlarına məxsusdur – fərqi yoxdur, mənsubiyyət özünü bankın adında göstərir və ya yox. Çexiyada bank seçimi müştərinin ehtiyaclarından asılıdır.
Əgər müştəri bank filialına tez-tez baş çəkmək niyyətindədir və istəyir ki, onun gedəcəyi filiallar bütün ölkə ərazisi boyu yayılmış olsun, onda böyük və ya orta banklardan birini seçməyə dəyər. Filialların sayına görə ən böyük bank - Česká spořitelna (650-dən çox) bankıdır, ikinci ən böyük bank isə Komerční banka (400-ə yaxın filial), üçüncü böyük Money Bank (270-ə yaxın filial) banklarıdır.
Bank sektorunun bu üç lideri ümumi hesabda bütün bank filiallarının 60%-nə sahibdir. Bir istisna var: Çexiyanın bütün poçt şöbələrində ČSOB bankının məhdud xidmətlər paketini əldə etmək mümkündür, onlar poçtda Era brendi adı altında fəaliyyət göstərirlər.
Çexiyanın bütün müştəri yönümlü bankları inkişaf etmiş internet-bank xidmətinə malikdir, istər fiziki şəxslər, istər də hüquqi şəxslər üçün. Amma ki, bu sahədə liderlər məhz “gənc” banklar hesab olunur: FİO, Zuno, Equa, mBank.
Bundan əlavə məhz yeni banklarda, xidmət tarifləri digərləri ilə müqayisədə nisbətən ucuzdur. Həmçinin müəyəyn məbləğ həcmində əməliyyatlar çərçivəsində hesablara xidmət göstərilməsi ümumiyyətlə ödənişsiz də ola bilər.