Çexiya Mərkəzi Bankının faiz qərarı təəccüb yaradıb | Banco.az

Çexiya Mərkəzi Bankının faiz qərarı təəccüb yaradıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çexiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, inflyasiya riskləri iqtisadiyyatda yavaşlama riskini üstələdiyi üçün Çexiya Milli Bankı (mərkəzi bank) faiz dərəcələrində dəyişiklik etməyib.

Belə ki, mərkəzi bankın Pul Siyasəti Komitəsi uçot dərəcəsini 7 faiz səviyyəsində saxlayıb. Proqnozlar isə 25 baza bəndi azalma istiqamətində idi. 

7 nəfərdən ibarət idarə heyətində sadəcə 2 üzv 25 bəndlik azalmanın lehinə səs verib.

Qeyd edək ki, mərkəzi bank gələn il üçün iqtisadi artım gözləntilərini aşağı salsa da, inflyasiya gözləntilərini yuxarıya doğru nəzərdən keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et