Müəllif: Tamara Mustafayeva, Banco.az
Çexiya Mərkəzi Bankı 1 milyon dollarlıq Bitkoin və digər kripto aktivləri satın alıb.
Banco.az xəbər verir ki, portfelin böyük hissəsini Bitkoin təşkil edir, həmçinin stabilkoin və tokenləşdirilmiş aktivlər də mövcuddur.
Bank mövzu ilə bağlı açıqlamasında deyib:
"Portfelin məqsədi rəqəmsal aktivləri saxlamaqla bağlı praktiki təcrübə qazanmaq və zəruri prosedurları tətbiq edib sınaqdan keçirməkdir."
Bank əlavə edib ki, layihəni iki-üç il ərzində qiymətləndirəcəklər.
Portfelin bankın beynəlxalq ehtiyatlarından ayrı saxlanılacağı və aktiv şəkildə artırılmayacağı da bildirilib.
Yanvar ayında botkoin alma ideyasını ilk dəfə irəli sürən Çexiya Mərkəzi Bankının Prezidenti Ales Miçl ödəniş və investisiya etməyin yeni yollarının meydana çıxdığını və bankın buna hazır olmaq istədiyini söyləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
