Çexiya Mərkəzi Bankı faiz endirimlərinə davam edib | Banco.az

Çexiya Mərkəzi Bankı faiz endirimlərinə davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çexiya Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi endirib.

Banco.az xəbər verir ki, Çexiya yeni faiz endirimi ilə monetar ekspansiya prosesini davam etdirib.

Belə ki, Çexiya Milli Bankı (mərkəzi bank) uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4,25 faizə endirib. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozu da 25 baza bəndi azalma istiqamətində idi.

Son qərarla ölkədə dekabr ayında başlayan monetar ekspansiya prosesində 275 baza bəndi azalma qeydə alınıb.

Qeyd edək ki, faiz dərəcələrini azaltmaq qərarı ilə Çexiya Milli Bankı da son vaxtlar faiz endirimi qərarına gələn banklara qoşulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram