Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya bu ilin yanvar-iyul aylarında Azərbaycandan 597 milyon 150 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 72 milyon 522 min dollar və ya 13.8% çoxdur.
Hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 4% artaraq 941 min 737 ton olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Çexiyanın Azərbaycandan neft idxalının dəyəri 524,6 milyon dollar, həcmi isə 906,4 min ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!