CEO kimi görünməyin yolları | Banco.az

CEO kimi görünməyin yolları

Business Insider geyiminizə sərvət xərcləmədən uğurlu bir CEO kimi görünməyin ən incə yollarını sadaladı:

Əsas bir geyiminiz olsun

Hər mövsüm geyə biləcəyiniz dözümlü geyimə sərmayə qoyun. Qara, göy və boz kimi rəngləri seçsəniz həmin paltarı hər şeylə geyə bilərsiniz.

Dərziyə gedin

Aldığınız hazır geyimləri dərziyə gedib üstünüzə tam olacaq hala gətirərək, üstünüzdə mükəmməl dayanan geyimlərə sahib ola bilərsiniz.

Güclü olun

Geydiyiniz zaman özünüzü güclü hiss etdirən geyimləri seçin.

Tərziniz olsun

"Milyonerin Cib Kitabı" adlı kitaba görə geydiyiniz paltodan, içdiyiniz qəhvəyə qədər etdiyiniz seçimlər böyük əhəmiyyət daşıyır. Kitabda bildirilir ki, "içdiyiniz qəhvə belə artıq tərzinizi nümayiş etdirir. Çalışdığınız şəxslər də marka seçimlərinizə görə sizin istəkləriniz haqqında fikir sahibi ola bilər."

Ən sərfəli kredit üçün müraciət et

Yaxşıca yuxunuzu alın

Daha yaxşı işləmək və daha sağlam görünmək üçün gecələri yaxşı yatmaq böyük əhəmiyyət daşıyır.

Aksesuarlara əhəmiyyət verin 

İnsanların gözünə çarpacaq bir bijüteriya tapmaq əhəmiyyət daşıyır. Böyük, dəbdəbəli və parlaq bir bijüteriya yerinə sadə bir inci boyunbağı seçilə bilər.

Dikdaban geyinin

Araşdırmalara görə dikdaban geyinmiş qadınlar daha etibarlı, zəngin, müvəffəqiyyətli və müstəqil olaraq qəbul edilir. Uzun boylu görünməyiniz iş dünyasında faydalı ola bilər.

Günel Abduraxmanova / Banco.az


Ən sərfəli krediti almaq üçün müraciət et