Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreyanın ÜDM-i 2024-cü ilin üçüncü rübündə əvvəlki üç aya nisbətən 0,1% artıb.
Banco.az xəbər verir ki, bu barədə Koreya Bankı məlumat yayıb.
Qeyd olunub ki, ölkə iqtisadiyyatı illik ifadədə 1,5% artıb.
Cənubi Koreyada istehlak xərcləri iyul-sentyabr aylarında rüblük müqayisədə 0,5% artıb, üstəlik həm mallara, həm də xidmətlərə tələb yüksəlib. Dövlət xərcləri 0,6% artıb.
Eyni zamanda, istehsal vasitələrinə investisiyalar 6,5 faiz artıb, tikintiyə isə 3,6 faiz azalıb.
İxracın həcmi avtomobil və kimya məhsullarının tədarükünün azalması hesabına 0,2% azalıb.
İkinci rübdə ölkənin ÜDM-i əvvəlki üç ayla müqayisədə 0,2% azalıb, 2023-cü ilin aprel-iyun ayları ilə müqayisədə isə 2,3% artıb.