Cənubi Koreyanın “Süni Günəşi” dünya rekordu qırıb | Banco.az

Cənubi Koreyanın “Süni Günəşi” dünya rekordu qırıb

Müəllif:Mehin Qasımova/Banco.az

Cənubi Koreyada "Süni Günəş" adlanan KSTAR nüvə reaktoru 48 saniyə ərzində 100 milyon dərəcə Selsi temperaturunda işləyərək dünya rekordu qırıb.

Banco.az xəbər verir ki, CNN-in məlumatına görə, Koreya Fusion Enerji İnstitutunun (KFE) alimləri karbon çirklənməsinə səbəb olmayan təmiz enerji mənbəyi olan nüvə sintezi texnologiyasını inkişaf etdirmək üçün KSTAR nüvə reaktorunu 100 milyon dərəcə Selsi temperaturunda mümkün qədər uzun müddət işlətməyi hədəfləyirlər.

Alimlər plazmanı Günəşin nüvəsindən 7 dəfə yüksək olan 100 milyon dərəcə temperaturda 48 saniyəyə işlətməyə nail olublar.

Araşdırmalarda günəşin və digər ulduzların parlamasına səbəb olan reaksiyalar təqlid edilir və qeyri-adi dərəcədə yüksək temperaturlar yaradılır.

Beləliklə, 2021-ci ildə müəyyən edilmiş 30 saniyəlik əvvəlki dünya rekordu geridə qalıb.

Ən sərfəli kredit üçün müraciət et

KSTAR Araşdırma Mərkəzinin direktoru Si-Woo Yoon belə yüksək temperatura davam etməyin asan olmadığını qeyd edərək, bu son rekordun əhəmiyyətini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et