Cənubi Koreyada kriptovalyuta tənzimləmələrində SON VƏZİYYƏT | Banco.az

Cənubi Koreyada kriptovalyuta tənzimləmələrində SON VƏZİYYƏT

Həftələrdir davam edən və kriptovalyuta sektorunun izləyiciləri tərəfindən maraqla izlənilən Cənubi Koreyadakı hadisələr artıq şəkilləndirilir. Ölkə yaxın günlər ərzində qüvvəyə minməsi gözlənilən kriptovalyutalar haqqındakı tənzimləmələri də dəqiqləşdirməyə başlayıb. Bu tənzimləmələrin əvvəlində anonim kriptovalyuta əməliyyatlarının qadağan edilməsi və kriptovalyuta əməliyyatı reallaşdıracaq istifadəçilərə yaş məhdudiyyəti tətbiq edilməsi gəlir. Daha əvvəl də qeyd etdiyimiz kimi, Cənubi Koreyada kriptovalyutalarla əlaqədar tətbiq olunacaq yeni qaydalar kriptovalyuta sektoru üçün mənfi bir mühit yaratmır. Əksinə, bir ölkənin bu müstəvidə tənzimləmələr aparması sektor baxımından müsbət addım kimi qiymətləndirilə bilər.

Cənubi Koreyada kriptovalyuta tənzimləmələri

Bununla yanaşı, yeni qaydaların tam olaraq hansı məsələləri əhatə etdiyinə dair konkret açıqlama verilməyib. Ancaq bir çoxlarının fikrinin əksinə, ölkənin durumu kriptovalyuta sektorunun gələcəyi ilə bağlı mənfi gözlənti vəd etmir. Əslində, bu tənzimləmə ilə mənfi bir münasibətin əksinə, bir ölkənin kriptovalyuta sektoruna qarşı qanuni addımlar atmasından dolayı müsbət nəticəyə gətirib çıxarması gözlənilir.

İlk olaraq tətbiq ediləcək tənzimləmə ilə (KYC), yəni identifikasiya, şəxsin özü olduğunu sübut etmə əməliyyatı edilmədən kriptovalyuta birjalarında əməliyyat həyata keçirilməyəcək. KYC tətbiqi dünyanın bir sıra ölkəsində fəaliyyət göstərən kriptovalyuta birjalarının əsas qaydalarından biridir. KYC təsdiqləməsi etməyən istifadəçilərə icazə verən birjalarda isə ancaq müəyyən miqdarda gündəlik limitlərə əlavə olunurlar. Bu vəziyyət kriptovalyuta sektorunda gözlənilənin əksinə olaraq çirkli pulların yuyulması və terrorla mübarizə üçün çox təsirli bir üsuldur. Bu qayda ilə Cənubi Koreya birjalarında anonim əməliyyatların qarşısı alınacaq. Dolayısı ilə, Cənubi Koreya vətəndaşı olmayan istifadəçilər ölkə daxilində fəaliyyət göstərən birjada kriptovalyuta əməliyyatları həyata keçirə bilməyəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Tənzimləmə ilə birlikdə tətbiq olunacaq yeni qaydalardan biri də odur ki, 19 yaşına çatmış istifadəçilər kriptovalyuta əməliyyatları reallaşdıra bilməyəcəklər.

Cənubi Koreya kriptovalyuta ticarətini qadağan etmir

Bütün qaydalara baxsaq, Cənubi Koreya səlahiyyətlilərinin kriptovalyuta ticarətiniqadağan etmək əvəzinə, hər ölkədə həyata keçirilməli olduğu kimi hüquqi bir çərçivəyə salmaq istədiyini görərik. Kriptovalyuta birjalarını qaydaya salaraq bütün sektora vahid standart gətirmək üçün infrastruktur hazırlayır. Nəticədə, hökumət kriptovalyutalarla əlaqədar skandalın azaldılmasını və cinayət sahələrində istifadəsinin qarşısının alınmasını istəyir.

Cənubi Koreya hökumətinin kriptovalyutalarla əlaqədar qaydaların xüsusiyyətlərini aydınlaşdırdığını görmək yaxşıdır. Kriptovalyuta vahidlərinə tam qadağa qoyulmayacağını bilmək müsbət bir işarədir və yeni qaydalar yalnız daha sağlam bir kriptoqrafiya ekosisteminin irəliləməsinə səbəb olacaq. Anonim ticarət qadağası hər zaman mübahisəli olsa da, daha geniş tərəfdən dəyərləndirildikdə zəruri bir dəyişiklikdir.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et