Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreya birinci rübdə 0,8 faiz artım göstərib.
Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankının ilkin hesablamalarına görə, ölkənin ümumi daxili məhsulu I rübdə bir il əvvəllə müqayisədə 0,8 faiz artıb.
İqtisadçıların proqnozu 0,9 faiz idi.
Rüblük əsasda isə Cənubi Koreyanın ÜDM-i 0,3 faiz artaraq iqtisadçıların 0,2 faiz gözləntilərini bir qədər üstələyib.
Qeyd edək ki, Cənubi Koreyanın əsas indeksi olan Kospi mərkəzi bankın bəyanatından sonra marjinal dərəcədə yüksəlib, Kosdaq isə 0,25% aşağı düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!