Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreyada ilin ilk ayı proqnozları üstələyən inflyasiyanın artım tempi ötən ay zəifləyib.
Banco.az xəbər verir ki, Cənubi Koreya Statistika Bürosu tərəfindən edilən açıqlamaya görə, fevral ayında ölkədə istehlak qiymətləri əvvəlki ilin eyni ayına görə 4,8 faiz artım göstərib.
Bazar proqnozları isə əvvəlki ay 5,2 faiz olan inflyasiyanın 5,0 faizə düşəcəyi istiqamətində idi. Bununla belə, ölkədə inflyasiya səviyyəsi hələ də Cənubi Koreya Mərkəzi Bankının (BoK) 2,0 faiz hədəfindən xeyli yuxarıdır.
Xatırladaq ki, Cənubi Koreya Mərkəzi Bankı (BoK) inflyasiya ilə mübarizə çərçivəsində 2021-ci ilin avqustunda başladılan faiz artımı prosesində uçot dərəcəsini ümumilikdə 325 baza bəndi artırıb. BoK keçən ay keçirilən iclasında isə faiz artımı prosesini dayandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!