Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreyada inflyasiya noyabr ayında artsa da, proqnozlara uyğun gəlməyib.
Banco.az xəbər verir ki, Cənubi Koreyada inflyasiya səviyyəsi noyabrda illik 1,5 faizə yüksəlib.
İqtisadçıların proqnozu 1,7 faiz idi.
Xatırladaq ki, ötən həftə Cənubi Koreya Bankı (BOK) gözlənilmədən faiz dərəcələrini 25 baza bəndi azaldaraq 3 faizə endirib ki, bu da mərkəzi bankın 2009-cu ildən bəri ilk dəfə ardıcıl olaraq iki faiz endirimi etməsi demək idi.
Cənubi Koreya Mərkəzi Bankının bəyanatında deyilir ki, faizlərin aşağı salınması "iqtisadiyyatdakı aşağı yönlü riskləri azaltmaq üçündür".
Bizi sosial şəbəkələrdən izləyin!!