Cənubi Koreyada inflyasiya aşağı səviyyəyə düşüb | Banco.az

Cənubi Koreyada inflyasiya aşağı səviyyəyə düşüb

Müəllif - Aida İsaq, Banco.az

Cənubi Koreyada inflyasiya son 19 ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki,  eyni zamanda əsas inflyasiya yüksək olaraq qalır. Cənubi Koreya Statistika Bürosunun verdiyi açıqlamaya görə, istehlak qiymətləri may ayında əvvəlki ilin eyni ayına görə 3,3 faiz artıb. Beləliklə, indeks 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə çatıb. Ötən ilin iyulunda isə inflyasiya 6,3 faizlə 24 ilin ən yüksək səviyyəsinə çatıb.

Bununla yanaşı, inflyasiya səviyyəsi hələ də Cənubi Koreya Mərkəzi Bankının (BoK) 2.0 faiz hədəfindən yuxarıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et