Cənubi Koreyada iqtisadi artım ticarət müharibəsinin investisiyalara mənfi təsiri ilə əlaqədar olaraq zəifləyib.
3-cü rübdə Cənubi Koreya iqtisadiyyatı 0.5%-lik proqnoza qarşılıq 0.4 faiz artıb.
Ölkədə iqtisadi artımın yavaşlamasının səbəbi qlobal maliyyə böhrandan bu yana qeyri-müəyyənliklərin, o cümlədən ticarət müharibəsinin investisiya mühitinə mənfi təsir etməsidir.
Koreya Mərkəzi Bankı tərəfindən verilən açıqlamaya görə, ümumi daxili məhsul 2-ci rübə nisbətən 3-cü rübdə 0.4 faiz artıb.
Zəifləyən investisiyalara dair narahatlıqlar hökumətin və mərkəzi bankın iqtisadiyyata dəstəklərini artırmaları üçün əsas yaradır.
Marja