Cənubi Koreyada avtomobil şirkətləri istehsalı dayandırdı | Banco.az

Cənubi Koreyada avtomobil şirkətləri istehsalı dayandırdı

Cənubi Koreyada avtomobil və texnika istehsalçıları zavodlarda işləri dayandırır.

Bu qərar Çində koronavirusun yayılması ilə əlaqədar qəbul edilib.

Qeyd olunub ki, Çində sənaye müəssisələrinin işinin dayanması ilə əlaqədar avtomobil hissələrinin ixracı kəskin azalıb.

Cənubi Koreyanın “Hyundai Motor Group” şirkəti ölkə ərazisindəki bütün zavodlarında istehsalı dayandırır. Əksər zavodların fevralın 11-dək işləməyəcəyi deyilir.

Ən sərfəli kredit üçün müraciət et

“SsangYong Motor” şirkəti fevralın 12-dək Phöntek şəhərindəki zavodunda istehsal prosesini dayandırır.

“KIA Motors” öz növbəsində istehsal tempini azaltdığını elan edib.

Bundan başqa, “Samsung Electronics”, “LG Display” və digər texnika şirkətləri Çindəki zavodlarda fevralın 9-dək işlərin bərpa olunmayacağını elan edib.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et