Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etdikdən sonra Cənubi Koreya vonunun məzənnəsi ABŞ dollarına nisbətdə son iki ilin minimum səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Cənubi Koreya valyutası bir ABŞ dolları üçün 1,424,46 vona kimi ucuzlaşıb ki, bu da 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyədir.
Bundan əlavə, “Bitcoin”in Koreya vonuna nisbətdə məzənnəsi 30% ucuzlaşıb. 2024-cü ildə Cənubi Koreya vonu kriptovalyuta birjalarında ticarət həcminə görə dəfələrlə ABŞ dollarını geridə qoyub.
Xatırladaq ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarı “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” istəyi ilə əsaslandırıb.