Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreya şirkətlərinin səhmləri ölkə prezidenti Yun Sok Yolun hərbi vəziyyət elan etməsindən sonra kəskin ucuzlaşıb.
Banco.az xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.
Məlumata görə, ABŞ-də qeydiyyatdan keçmiş və 100-ə yaxın iri və orta ölçülü Cənubi Koreya şirkətinin daxil olduğu “iShares MSCI South Korea ETF” səhmləri 6% ucuzlaşıb.
Cənubi Koreyanın ən böyük şirkəti olan “Samsung”un İngiltərədə səhmləri 7% ucuzlaşıb.
ABŞ dolları vona nisbətdə təxminən 2% bahalaşıb ki, bu da Cənubi Koreya valyutasının 2009-cu ildən bəri ən zəif göstəricisidir.
Qeyd edək ki, Cənubi Koreya dünyanın 13-cü ən böyük iqtisadiyyatıdır.