Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreya Mərkəzi Bankı üçüncü dəfə faiz dərəcələrini sabit saxlayıb.
Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BoK) proqnozlara uyğun olaraq ardıcıl üçüncü iclasında uçot dərəcəsini dəyişməyib.
Belə ki, mərkəzi bank cümə axşamı elan etdiyi qərara əsasən uçot dərəcəsini 3,50 faiz səviyyəsində saxlayıb.
Qərarın açıqlanmasından sonra mərkəzi bankın İdarə Heyəti faiz dərəcəsini daha da artırma ehtiyacı ilə bağlı daxili və xarici şərtlərdəki dəyişiklikləri qiymətləndirəcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!