Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz olaraq saxlayıb.
Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BoK) bazarların gözlədiyi kimi ardıcıl 6-cı iclasında da faiz dərəcəsində heç bir dəyişiklik etməyib.
Bununla da, uçot dərəcəsi yenidən 3,5 faiz səviyyəsində saxlanılıb.
Mərkəzi Bankın bəyanatında ölkədə inflyasiyanın "əsas yavaşlama tendensiyasını davam etdirəcəyinin proqnozlaşdırıldığı", lakin inflyasiyanın gələcək vəziyyəti ilə bağlı qeyri-müəyyənliklərin olduğu bildirilib.
Xatırladaq ki, Cənubi Koreyada inflyasiya sentyabr ayında 3,4 faizdən 3,7 faizə yüksəlsə də, BoK qeyd edib ki, baza inflyasiyası sentyabrda avqustda olduğu kimi 3,3 faiz səviyyəsində qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!