Cənubi Koreya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Cənubi Koreya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcələrini artırıb.

Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BoK) yüksək inflyasiyanın qarşısını almaq üçün faiz artımını proqnozlar səviyyəsində saxlayıb.

Bankdan verilən məlumata görə, uçot  dərəcəsi 25 baza bəndi artırılaraq 3,25%-dən 3,50%-ə çatdırılıb. Bazar proqnozu da faiz dərəcələrində məhz 25 bənd artım olacağını göstərirdi.

Xatırladaq ki, mərkəzi bank əvvəlki iclasında da faiz dərəcəsini 25 baza bəndi artırmışdı. Ölkədə inflyasiya isə axırıncı dəfə 5,0 faiz olaraq açıqlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et