Cənubi Koreya iqtisadiyyatı gözləniləndən daha çox böyüyüb | Banco.az

Cənubi Koreya iqtisadiyyatı gözləniləndən daha çox böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreyada ümumi daxili məhsul (ÜDM) birinci rübdə 3,4 faiz artıb.

Banco.az xəbər verir ki, bu, 2021-ci ilin dördüncü rübündən bəri ən yüksək rüblük artımdır.

İqtisadçılar isə bu dövrdə sözügedən göstərici üzrə illik 2,4 faiz artım gözləyirdilər.

Rüblük əsasda isə ÜDM 1,3 faiz artaraq iqtisadçıların 0,6 faiz proqnozlarını üstələyib.

Rəsmi məlumatlar göstərir ki, mobil telefonlar kimi məhsulların ixracatının artması ilə Cənubi Koreyada ixrac ilin birinci rübündə 0,9 faiz artıb. Elektron avadanlıq idxalındakı azalma səbəbiylə isə ölkənin idxalı 0,7 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram