Cənubi Koreya indiyə qədərki ən iri həcmli ticarət kəsiri ilə üzləşib | Banco.az

Cənubi Koreya indiyə qədərki ən iri həcmli ticarət kəsiri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya 2022-ci ildə 47,5 milyard dollarlıq ticarət kəsiri ilə üzləşib.

Banco.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Gömrük İdarəsindən rəsmi məlumat verilib.

Bu rəqəm idarənin məlumat toplamağa başladığı 1956-cı ildən bəri qeydə alınan ən iri həcmli ticarət kəsiridir.

Göstəricilərə nəzərə saldıqda müəyyən olur ki, yanvar ayında ölkənin ixracı 16.6 faiz azalaraq 46,3 milyard dollar olub. İdxal isə 2,6 faiz azalaraq 59 milyard dollara düşüb.

Gömrük İdarəsinin bu məlumatından sonra Koreya vonunun ABŞ dollarına qarşı məzənnəsi 1 232,24 səviyyəsində müəyyənləşib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et