Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreya hakimiyyəti dünyanın ən böyük texnologiya nəhəngləri olan “Apple” və “Google” şirkətlərini istifadəçilərin razılığı olmadan məkan məlumatlarının toplanması ilə bağlı qanun pozuntularına görə ümumilikdə 400 milyon vondan (təxminən 300 min dollar) çox cərimələyib.
Banco.az xəbər verir ki, Koreya Rabitə Komissiyasının (KCC) məlumatına görə, istifadəçilərin məkan məlumatlarının toplanması ilə bağlı qanun pozuntularına görə ən böyük cəriməni “Apple” şirkəti 210 milyon von məbləğində (təxminən 153 min dollar) alıb. “Google” isə 3 milyon von (təxminən 2179 dollar) məbləğində cərimələnib.
Ümumilikdə Komissiya 188 firmaya “Məkan məlumatlarının mühafizəsi və istifadəsi haqqında” qanunu pozduqlarına görə cərimələr tətbiq edib. İnzibati tədbirlər 2022-ci ildə vətəndaşların geolokasiya məlumatlarının mühafizəsi haqqında qanunun tələblərinə uyğunluğunun yerləşmə məlumatlarını emal edən şirkətlərin mütəmadi olaraq yoxlanılması nəticəsində həyata keçirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!