Cənubi Afrika iqtisadiyyatı 2022-ci ildə 2 faiz artıb | Banco.az

Cənubi Afrika iqtisadiyyatı 2022-ci ildə 2 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Afrikanın 3 ən böyük iqtisadiyyatı arasında yer alan Cənubi Afrika iqtisadiyyatı 2022-ci ildə əvvəlki ilə nisbətən 2 faiz böyüyüb.

Banco.az xəbər verir ki, Cənubi Afrika Statistika İnstitutu (Stats SA) Cənubi Afrika Respublikasının 2022-ci ilin son rübü və 2022-ci ilin yükunu üzrə artım məlumatlarını açıqlayıb. 

Buna müvafiq olaraq, Cənubi Afrikanın iqtisadiyyatı 2022-ci ilin yekununda 2 faiz artıb.

2022-ci ildə 248 milyard dolları keçən ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) bu vaxta qədərki ən yüksək həddinə çatsa da, ölkə iqtisadiyyatı Kovid-19-dan əvvəlki dövrlə müqayisədə cəmi 0,3 faiz artıb.

Digər tərəfdən, Cənubi Afrikada ÜDM 2022-ci ilin son rübündə əvvəlki rüblə müqayisədə 1,3 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər son rübdəki daralmada gündə 12 saata qədər elektrik kəsilməsinə səbəb olan enerji böhranının mühüm rol oynadığına diqqət çəkirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et