Cənubi Afrika böyük məbləğdə yaşıl hidrogen hədəfini açıqlayıb | Banco.az

Cənubi Afrika böyük məbləğdə yaşıl hidrogen hədəfini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Afrika hidrogen enerjisinə 250 milyard dollar sərmayə qoyacaq. 

Banco.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra alternativ enerji mənbələri axtarışları sürətləndikcə ölkələr bu kontekstdə yaşıl hidrogen hədəflərini dəqiqləşdirməyə başlayıblar.

Cənubi Afrika da hidrogenə 250 milyard dollar sərmayə qoymağı planlaşdırır. Belə ki, ölkə günəş və külək enerjisindəki səmərəliliyini üstünlüyə çevirmək üçün 2050-ci ilə qədər yaşıl hidrogenə 250 milyard dollar investisiya cəlb edəcək.

Cənubi Afrika Prezidentliyinin İnvestisiya və İnfrastruktur Ofisinin yaşıl iqtisadiyyat üzrə mütəxəssisi Masopha Moshoeshoe tərəfindən verilən məlumata görə, sektorun 2050-ci ilə qədər 1,4 milyon insan üçün məşğulluq yaratması və illik 30 milyard dollar gəlir gəlirməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram