Cənubi Afrika Avropa ölkələrinə kömür ixracının həcmini artırıb | Banco.az

Cənubi Afrika Avropa ölkələrinə kömür ixracının həcmini artırıb

Müəllif - Aida İsaq, Banco.az

Cənubi Afrika Respublikası (CAR) 2022-ci ildə Avropa ölkələrinə kömür tədarükünün həcmini altı dəfə artırıb. 

Banco.az xəbər verir ki, bu barədə ölkənin kömür ixrac terminalı operatoru “RBCT”nin icraçı direktoru Alan Valler məlumat verib.

Onun sözlərinə görə, Cənubi Afrika ötən il Avropaya 2021-ci ildə həyata keçirilən 2,3 milyon ton kömür tədarükünü 14,3 milyon tona çatdırıb. Ancaq ölkə bununla yanaşı, Asiyaya enerji resurslarının tədarükünü azaldıb. Belə ki, 2021-ci ildə qeydə alınan 50,7 milyon ton tədarük həcmi 2022-ci ildə 31,7 milyon tonadək enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram