Cenifer Lopezdən "fintech" sərmayəsi | Banco.az

Cenifer Lopezdən "fintech" sərmayəsi

"Fintech"lərə (finteç) sərmayə yatıran məşhurlar karvanına ABŞ-lı oyunçu və müğənni Jennifer Lopez də qatılıb.

Lopez və keçmiş beyzbol oyunçusu sevgilisi Alex Rodriguez, bir banka alternativi olmaq istəyən yığım və sərmayə finteçi "Acorns Grow"a səhmdar olublar.

"Paypal", "BlackRock" və "NBCUniversal"ın da sərmayəçiləri arasında olan "Acorns Grow", istifadəçilərin "Acorn" kartları ilə etdikləri alış-verişlərdəki qalıqları yuvarlaşdıraraq, əlavə qalan hissəsini əmanət hesabını istiqamətləndirir. Bu sayədə istifadəçilər fərqinə varmadan qənaət etmiş olurlar. "Acorns Grow" mikro investisiya qoyuluşu əlavəsidir

HƏDƏF 100 MİLYON İSTİFADƏÇİDİR

Ən sərfəli kredit üçün müraciət et

"The Wall Street Journal"da yer alan xəbərə görə, ilk mərhələdə "Acorn"un 100 milyon istifadəçisi olan bir bank alternativinə çevirmək nəzərdə tutulur. Amerika vətəndaşlarının bu tətbiq (proqram) sayəsində, gələcəkləri üçün əmanət yığması və sərmayə qoymaları hədəflənir.

5 MİLYON İSTİFADƏÇİSİ VAR

"Acorn"u banklardan və rəqiblərindən fərqli edən tərəfi isə hər hansı bir ATM haqqı, nağd avans haqqı və ya minimum məbləğ tələbinin olmamasıdır. Şirkət 1 milyon dollar yığıma qədər aylıq 1 - 3 dollar arası aylıq xidmət haqqı alır. Son 4 ildə "Acorn", 220 min hesabdan 5 milyon hesaba çatmışdır. Bu hesabların yarısı aktiv olaraq yığım edir və sərmayə qoyur.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et